Qubada yanğının söndürülməsində polislər də iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

Qubada yanğının söndürülməsində polislər də iştirak edib

Hadisə

10 Avqust 2020 14:00 927


Qubada yanğının söndürülməsində polislər də fəallıq göstəriblər.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, avqust ayının 10-da səhər saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Dəvədabanı yaşayış massivi ətrafında olan dağlıq ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında FHN-nin əməkdaşları ilə birlikdə fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan RPŞ-nin və FHN-nin əməkdaşları, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar. pizza mizza

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!