Qubadakı yanğınları kimlər törədib?   - DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Qubadakı yanğınları kimlər törədib? - DİN-dən AÇIQLAMA

Hadisə

22 Sentyabr 2020 00:47 1118


Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin dörd sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, yanğınsöndürmə briqadaları və polis əməkdaşları tərəfindən yanğınların qarşısı alınıb.

Yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılıb. Dördpendirli pizza

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan üç yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf edib, peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.

Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!