Qubadlının Xanlıq və Xəndək kəndlərində bir gün - VİDEOREPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Qubadlının Xanlıq və Xəndək kəndlərində bir gün - VİDEOREPORTAJ

Rəsmi

23 Dekabr 2020 13:10 886


30 ildən sonra əzəli Qarabağ torpaqlarına yenidən döndük.

Baku TV-nin əməkdaşları Qubadlı rayonunun Xanlıq və Xəndək kəndlərində olub.

Vaxtilə dillər əzbəri olan rayonun Xanlıq və Xəndək kəndləri, sadəcə, quru torpaqla əhatələnib. Solmuş, kökləri kəsilmiş ağaclar isə 30 ilə yaxın insana nə çəkdiklərini izah etməyə çalışırlar. Amma artıq torpaqların sahibi vətənindədir.  Toyuqlu pizza

Həkəri çayının sahilində, Qubadlının dağətəyi kəndlərindən olan Xanlıq və Xəndək kəndləri vaxtilə toxuculuq sənəti ilə məşhur olub. Burada toxunan xalçalar Avropa bazarlarında satışa çıxarılan xalçaların ən yaxşıları hesab edilib.

Qubadlı tütünçülük, toxuculuq və heyvandarlıq sahəsində inkişaf etmiş rayonlardan olub.

Ətraflı süjeti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!