“Quli”ni öldürmək istəyən dəstə belə yaxalandı –   Anbaan əməliyyat videosu 

saytların hazırlanması

Evə çatdırılma

“Quli”ni öldürmək istəyən dəstə belə yaxalandı – Anbaan əməliyyat videosu 

Kriminal

03 Fevral 2020 13:14 20824


Azərbaycanlı “qanuni oğru”  Nadir Səlifova (“Quli”) sui-qəsd planlaşdıran dəstəyə qarşı İstanbul polisinin keçirdiyi əməliyyatın görüntüləri yayılıb. 

Yenisabah.az xatırladır ki, “Quli”ni öldürmək üçün Türkiyəyə gələn dəstə yanvarın 31-də saxlanılıb. Yayılan məlumatlarda bildirilirdi ki, Andri Mayli adlı ukraynalı şəxsin rəhbərlik etdiyi dəstəyə 1 rus, 2 ukraynalı, 4 gürcü və 8 azərbaycanlı daxildir. 

Onların üzərindən 12 tapança, 1 avtomat və 222 güllə götürülüb. Elə həmin gün Rusiya mətbuatı Nadir Səlifovla aralarında konflikt olan və bundan dolayı “Quli”nin bacısı oğlu Məhəmməd Qurbanovu (“Maqa Rustavskiy”) bıçaqlayan gürcü əsilli “qanuni oğru” Quram Çixladzenin (“Kvejoviç”) İstanbulda saxlanıldığı barədə məlumat yayıb. Məlumatda Quram Çixladzenin “Maqa Rustavskiy” ilə insidentə görə saxlanıldığı bildirilirdi. Marqarita pizza

Lakin Yenisabah.az gürcü əsilli “qanuni oğru”nun “Quli”ni öldürməyi planlaşdıran dəstə ilə eyni gündə saxlanılmasının təsadüf olmadığını yazmışdı.

İndi bəlli olur ki, Nadir Səlifovu öldürməyə gələn dəstənin başçısı Andri Malyi ilə Quram Çixladze eyni şəxsdir. Gürcü əsilli “qanuni oğru” diqqət cəlb etməsin deyə, saxta addan istifadə edib. “Milliyyet” qəzetinin məlumatına görə, bu faktı İstanbul Polis İdarəsnin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları üzə çıxarıb. Məlumatda deyilir ki, polis daxil olan məlumat əsasında 6 ünvanda əməliyyat keçirib və 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2-si ukraynalı və 1-i rus olan dəstəni zərərsizləşdirib. Quram Çixladze də bu əməliyyatlar zamanı saxlanılıb. Araşdırmalar zamanı “Quli”ni öldürməyə gələn dəstəyə o, başçılıq edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!