Qumbara tapdıqda nə etməliyik? – “Faciə ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

Qumbara tapdıqda nə etməliyik? – “Faciə ola bilər”

Sosial

12 Fevral 2025 11:22 459


Müxtəlif ərazilərində döyüş sursatının tapılması halları çox vaxt zərərsizləşdirilsə də, bəzi hallarda insan tələfatına yol açır. Son belə hadisə Ağcabədi rayonunda baş verib və bir ailənin 5 üzvü həlak olub.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, qumbara və digər döyüş sursatı ilə qarşılaşan zaman ona qəti şəkildə müdaxilə etmək olmaz:

“Qumbara tapdığımız zaman özümüzün və ətrafdakıların sağlamlığını qorumaq üçün təhlükəli davranışlardan çəkinməliyik. Qumbaraya yaxınlaşmaq, əllə toxunmaq və s. ölüm riski yarada bilər. Hətta köhnə görünən qumbaranın belə hər an partlaması mümükündür. Dominos pizza

Qumbaranın yaxınlığında mobil cihazlardan, elektron vasitələrdən istifadədən çəkinmək lazımdır. Bəzən elektromaqnit dalğalar qumbaranın partlamasına təkan verə bilər”. 

Ekspert qeyd edib ki, bu kimi hallarda vaxt itirmədən FHN-ə məlumat verilməlidir:

“Aşkarlanan qumbaradan minimum 100-150 metr uzaqlığa doğru hərəkət etməliyik. Vaxt itirmədən FHN-ə məlumat verilməlidir. Ətrafda olan insanlar da təhlükə ilə bağlı məlumatlandırılmalıdır. Bir sözlə, zərərli davranışlara yol verməməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!