“Quranda hər il qoyunlara genosid edin yazılmayıb” -  Nuradan etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Quranda hər il qoyunlara genosid edin yazılmayıb” - Nuradan etiraz

Şou

28 İyun 2023 21:51 1294


“Bu gün heç kəsi təbrik etməmişəm. Məni tanıyanlar heyvanlara olan münasibətimi bilir. 7-8 ildir ət yemirəm. Qurban olan yerdə bayram necə ola bilər axı? Yaxşılıq etmək üçün günahsız heyvanları qurban etməyə ehtiyac görmürəm. Subyektiv fikrimdir”. 

Yenisabah.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib. 

““Quran-i Kərim”i də oxumuşam. Xırdalamaq istəmirəm. İnsan bütün varlıqlardan üstündür deyə İbrahim peyğəmbər oğlunun yerinə qoyun kəsir. Hər il qoyunlara genosid edin kimi cümlələr yazılmayıb. Musa peyğəmbər isə inəyi insanlar aclıqdan ölməsin deyə, kəsməyə məcbur qalır. Qısa yazıram, dərinə getmək istəmirəm. Hərənin bir doğrusu, bir seçimi vardır. Sizin seçiminizə hörmətlə yanaşıram. Siz də eynisini edin. Məni təbrik etməyin” - müğənni əlavə edib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!