Quranı cırandan sonra “məxluğa çevrilən qızın“ hekayəsi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Quranı cırandan sonra “məxluğa çevrilən qızın“ hekayəsi - FOTO

Maraqlı

04 Noyabr 2021 12:39 1379


Bir zaman hər kəsin marağına səbəb olan və barəsində müxtəlif hekayələr danışılan "məxluğa çevrilən qız" yenidən gündəm mövzusu  olub.  

Yenisabah.az xəbər verir ki, "Qurani Kərim"i  cırdıqdan sonra qeyri-adi  məxluğa çevrilən gənc qızın hekayəsi  uzun illərdir danışılır.  Əhvalata görə, hadisə  Hollandiyada baş verib.  Belə ki, gəncin anası  ucadan Quran oxuyurmuş.  Musiqi dinləyən qız buna əsəbləşərək,  anasına susmasını  tələb edib.  Lakin qızın anası oxumağa davam edib. Bu zaman  o, anasının əlindən  müqəddəs  kitabı  alaraq,  cırıb.  Bildirilir ki, qız bundan sonra cəzalandırılaraq meymunabənzər məxluqa çevrilib. 

Digər məlumata görə, gənc qız meymuna çevrildikdən sonra Hollandiyada xəstəxanaya yerləşdirilib. Ailə isə qızlarından imtina edib, hətta  onun iynə ilə öldürülməsini tələb ediblər. Qızın görünüşü xəstəxanada olarkən çəkilir.  Və mətbuata sızdırılır. Bundan sonra  qızın barəsaində müxtəlif əhvalatlar, hekayələr yazılır, danışılır.  pizza

Lakin yayılan əhvalatlar həqiqəti əks etdirmir.  Arxiv fotolarında da  rast  gəlinən "məxluğa çevrilən qız"ın görüntüsü əslində mumdan olan heykəldir. 

Sənət əsəri 2003-cü ildə Patricia Piccini tərəfindən hazırlanaraq, Hollandiyada muzeylərin birində nümayiş etdirilir. Ona görə də fotonun xəstəxanada çəkildiyi iddiası da əbəsdir. Nə məxluqa çevrilmiş qız var, nə də onun ölümünü tələb edən ailə./Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!