Azərbaycan birinci divizionunda 13-cü tura yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, turun bütün oyunları bu gün keçirilib.
"Sabah-2" "Qarabağ-2"yə böyük hesabla məğlub olub. 1:5. “Qarabağ”ın əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı bu oyunda pokerə imza atıb. O görüşün 5, 35, 57, 83-cü dəqiqələrində fərqlənib. 71-ci dəqiqədə Cavid Bayramov rəqib qapısından komandasının 4-cü qolunu keçirib. Ev sahiblərindən Zahir Mərdanov matçın 24-cü dəqiqəsində penaltidən qapıya düşə bilib. pizza
Xatırladaq ki, "Qarabağ-2" 15 xalla 9-cu, "Sabah-2" 22 xalla 4-cü sıradadır.
9 dekabr (bazar ertəsi)
Birinci divizion
“Sabah-2” - “Qarabağ-2” - 1:5
Qollar: Zahid Mərdanov, 24 p. - Musa Qurbanlı, 5, 35, 57, 83, Cavid Bayramov, 71
Telegram kanalımız