Qurbanov “Qarabağ”dan ayrıla bilər -  Məşhur klubdan təklif gəldi

Qurbanov “Qarabağ”dan ayrıla bilər - Məşhur klubdan təklif gəldi

İdman Veb saytların hazırlanması

05 Oktyabr 2019 09:08 2884


Xəbər verdiyimiz kimi, Moskvanın "Spartak" klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.

“Yeni Sabah” xəbər verir ki, Sportinfo.az-ın "Spartak"a yaxın mənbədən aldığı məlumata görə, paytaxt klubu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.

Məlumata görə, "Spartak"ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar təcrübəli mütəxəssisin məsələyə münasibətini öyrənmək istəyiblər. Məlumatda bildirilir ki, "Spartak" rəhbərliyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.

"Spartak" rəhbərliyində təmsil olunan bir neçə şəxs Qurbanovun oyun fəlsəfəsini bəyənir və bunun "Spartak"a uyğun olduğunu düşünür. Üstəlik, həmin şəxslər Qurbanovun futbolçu kimi Rusiya çempionatında çıxış etməsini də əsas gətirərək, onun ölkə futboluna yad sima olmadığını qabardırlar.

Məlumatda bildirilir ki, Qurbanov razılıq verəcəyi təqdirdə, "Spartak"ı qış fasiləsinə, ya da mövsümün sonuna qədər müvəqqəti baş məşqçi çalışdıra bilər. Qurbanovun bu təklifə münasibəti barədə isə məlumat verilmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!