Nəsiminin qaçdığı yerə dair faktlar: İntihara cəhd, zorla saxlanılma...

saytların hazırlanması

Evə çatdırılma

Nəsiminin qaçdığı yerə dair faktlar: İntihara cəhd, zorla saxlanılma...

Sosial

19 Yanvar 2026 16:45 492


Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" Reabilitasiya Mərkəzi ilə bağlı bəzi faktlar üzə çıxıb.

"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, mərkəzdə müalicə alan şəxslərdən biri metal əşya udaraq intihara cəhd edib.

Buna səbəb isə həmin şəxsin orada zorla saxlanılması olub.  pizza hut

Xəstə Reabilitasiya Mərkəzini tərk etmək istəsə də, buna imkan verilməyib, azadlığı məhdudlaşdırılıb.

Eyni zamanda, mərkəzdə müalicəsini başa vurmuş şəxslərin işçi kimi çalışdırıldığı faktları da üzə çıxıb. Həmin şəxslərin digərlərinin müalicə prosesində hansı formada iştirak etdiyi isə məlum deyil.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunda  cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl həmin mərkəzdə müalicə alan Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə də reabilitasiya mərkəzini tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!