Quru Qoşunlarının Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Quru Qoşunlarının Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başladı

Maraqlı

30 Sentyabr 2021 14:03 881


Quru Qoşunları Komandanlığının bilavasitə tabeliyində olan qüvvə və vasitələrinin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsi məqsədilə Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb. 

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən Mərkəzdə Quru Qoşunları Komandanlığının tabeliyindəki hərbi hissələrdə, eləcə də sərhədboyu ərazilərdə gün ərzində baş verən hadisələr barədə brifinq təqdim edilib, komandirlərin məruzələri dinlənilib.

Qeyd olunub ki, hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyət fasiləsiz həyata keçirilir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!