“Quş qripi” ilə bağlı monitorinq davam edir

saytların hazırlanması

Evə çatdırılma

“Quş qripi” ilə bağlı monitorinq davam edir

Sosial

27 Fevral 2019 17:52 751


Fevralın 25-dən ölkə ərazisində “quş qripi” xəstəliyinə görə başlanan Milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinq davam etdirilir. 

“Yeni Sabah” xəbər  verir ki, köçəri quşlara görə mart ayının 1-də yekunlaşacaq monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 27 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş köçəri quşun patoloji material, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 11 baş köçəri quşun patoloji material, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş köçəri quşun patoloji material) köçəri quşlardan patoloji material, həmçinin Abşeron (50 baş ev qusuş qanı),Şabran (50 baş ev qusuş qanı) və Salyan (50 baş ev qusuş qanı) rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 150 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə və xəstəlikdən tələfata rast gəlinməyib. Pepperoni pizza

Həm köçəri, həm ev quşlarından götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!