Qusarda toyda qan töküldü

saytların hazırlanması

Evə çatdırılma

Qusarda toyda qan töküldü

Kriminal

13 Noyabr 2019 12:30 1587


Qusar rayonunda toyda dava düşüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Gican kəndində qeydə alınıb.

Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə toy məclisində həmkəndlisi, 48 yaşlı Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib.  pizza hut

Davaya çevrilən mübahisə nəticəsində G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyib. A.Xanbubayev özünü müdafiə üçün üzərində gəzdirdiyi bıçaqla G.Əlimətova üç bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib. A.Xanbubayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!