Qvardiola: Qalib olmağımız qeyri-mümkündür

saytların hazırlanması

Evə çatdırılma

Qvardiola: Qalib olmağımız qeyri-mümkündür

İdman

30 Yanvar 2025 15:54 239


"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışını şərh edib.

Yenisabah.az Sky News-a istinadla xəbər verir ki, onun komandası turnirdə 11 xalla 22-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.

Qvardiola isə "şəhərlilər"in nəticəsi haqqında danışarkən 2024/2025 mövsümündə Çempionlar Liqasının qalibi olmaq şanslarını da dəyərləndirib: pizza mizza

“Cari mövsüm Çempionlar Liqasının qalibi olacağıqmı? Hazırda bu, bizim üçün mümkün deyil. Uğurlu olduğumuz illərdə düşüncələrim yalnız qələbəyə yönəlmişdi.

Mən həmişə mövcud reallığı nəzərə alaraq rasional hərəkət edirəm. Rəqiblərimiz bizdən daha çox təcrübəyə malikdirlər. "Real" bəlkə də Liqa mərhələsində çətinlik çəkirdi. Amma son matçlarda öz oyun səviyyəsinə qayıdıb, yaxşı nəticə göstərməyə başlayıb. "Bavariya" Kompaninin rəhbərliyi altında əla mövsüm keçirir...

Sabah onlara qarşı oynamalı olsaydıq, asan olmazdı. Bununla belə, bir neçə həftə ərzində vəziyyət dəyişə bilər. Rəqibimizin kim olacağı məlum deyil... Biz hərtərəfli hazırlıq görəcəyik və gələcəkdə nə baş verəcəyini görəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!