Qvardioladan Rodri ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qvardioladan Rodri ilə bağlı açıqlama

İdman

03 Mart 2025 18:31 239


"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli futbolçusu Rodrinin durumu haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, ispan mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin hələ meydana qayıtmağa hazır olmadığını deyib: 

"Rodri yaxşı görünür. Təbii ki, sadəlövh qərarlar verməyəcəyik. O, hələ qayıtmağa hazır deyil. Amma topla işləyərkən artıq özünü inamlı, xoşbəxt hiss edir. Mən bu cür irəliləyiş gözləmirdim". Marqarita pizza

Bu mövsüm Rodri cəmi 3 matçda meydana çıxıb. Futbolçu ötən ilin sentyabrında “Arsenal”la oyunda dizindən zədə alıb. 

Rodri sonuncu “Qızıl Top” mükafatının sahibidir. O, meydanda müdafiəçi, ön libero, libero, müdafiəyə meyilli yarımmüdafiəçi, bakstobaks, hücumameyilli yarımmüdafiəçi və oyun qurucu fiqur kimi çıxış etməyi bacaran nadir futbolçulardandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!