Qvardiolanın yerinə Fabreqası gətirmək istəyirlər

saytların hazırlanması

Evə çatdırılma

Qvardiolanın yerinə Fabreqası gətirmək istəyirlər

İdman

17 Mart 2025 12:23 218


"Mançester Siti" baş məşqçisi Xosep Qvardiola ilə yolları ayırmağa hazırlaşır.

Yenisabah.az "E-notices"ə istinadla xəbər verir ki, klub rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

Artıq onlar yeni baş məşqçi axtarışlarına da başlayıblar. İngiltərə klubunun rəhbərliyi bu vəzifəyə İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Sesk Fabreqası gətirmək istəyir. Fabreqas hazırda İtaliyanın "Komo" klubuna rəhbərlik edir. "Mançester Siti" qarşıdan gələn yay mütəxəssisi razı salmaq üçün əlindən gələni edəcək.  pizza hut

Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 48 xalla 5-cidir. "Şəhərlilər" Çempionlar Liqasında isə mübarizəni pley-off-da başa vurublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!