Qvineya yığmasının futbolçusu “Neftçi“də - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qvineya yığmasının futbolçusu “Neftçi“də - Foto

İdman

14 Noyabr 2019 13:36 1090


"Neftçi” baxışa yeni futbolçu dəvət edib. 

“Yeni Sabah” xəbər verir ki, bu qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!