“Rabitəbank”a aid şirkətin birjadakı itkiləri bir ildə 182 mln. manatı ötüb

saytların hazırlanması

Evə çatdırılma

“Rabitəbank”a aid şirkətin birjadakı itkiləri bir ildə 182 mln. manatı ötüb

İqtisadiyyat

09 Yanvar 2025 14:57 690


“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ildə “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 1 milyard 52,1 milyon manat təşkil edib. 

"Yeni Sabah"ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə  15% və ya 182,3  milyon manat azalıb. Belə ki, 2023-cü ilin yanvar-dekabr aylarında “Capital Partners”in  dövriyyəsi 1 milyard 234,4 mln. manat təşkil edib. 

İnvestisiya şirkətinin bu dövrdə bağladığı əqdlərin sayı 478-dən 544-ə yüksəlib. Əqdlərinin orta dəyəri isə son bir ildə 2,6 milyon manatdan 1,9 milyon manata enib.  pizza mizza

Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 859,8 mln. manatı repo, 69,17 mln. manatı dövlət qiymətli kağızlarının, 93,2 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 25,7 mln. manatı korporativ istiqrazların və 4,15 mln. manatı isə səhmlərin payına düşüb. 

Xatırladaq ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaradılıb və “Rabitəbank”ın törəmə şirkətidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!