Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib

saytların hazırlanması

Evə çatdırılma

Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib

İdman

15 İyun 2025 09:36 457


Azərbaycanın MMA döyüşçüsü Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak etmək üçün vətənə qayıdıb.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, idmançı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında media nümayəndələri tərəfindən qarşılanıb.

Rafael Fiziyev iyunun 21-də Kristal Zalda keçiriləcək döyüş gecəsində çilili rəqibi İqnasio Bahamondes ilə üz-üzə gələcək. pizza sifarişi

Həmin turnirdə həmçinin digər azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Nazimin rəqibi braziliyalı Nikolas Motta, Tofiqin rəqibi isə qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!