Rafiq Əliyev 1.6 milyonluq dələduzluq xəbərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Rafiq Əliyev 1.6 milyonluq dələduzluq xəbərindən danışdı

Kriminal

08 Aprel 2019 15:20 1331


Xəbər verdiyimiz kimi  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyevin adı 1,6 milyon dollarlıq dələduzluqda hallanıb. Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlunun virtualaz.org-a danışarkən “İrşad” otellə bağlı müəyyən faktlar açıqlayıb və qeyd olunub ki, əslində yataqxana  kimi tikintisi nəzərdə tutulan oteldən iş adamına gedən ödənişlər 2002-ci ildən  dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.

Bununla bağlı “Yeni Sabah”a açıqlama verən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri Rafiq Əliyev yazı ilə tanış olduğunu və hamısının yalan məlumatlardan ibarət olduğunu vurğulayıb:

“Nəyə görə belə yazı dərc olunub başa düşmürəm. 1,6 milyon dollarlıq yatırımı vurğulayırlar, sonra da təəssüf edirlər ki, niyə burda bir şey tapılmadı. Bunlarla nə mübahisə etməliyəm? Ağıllarına nə gəlib yazıblar. Mən cavablarını verəcəm. Mətbuat konfransı təşkil edib onları da çağıracam”. Marqarita pizza

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!