Ramil Usubov icra başçısının oğlunu rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubov icra başçısının oğlunu rəis təyin etdi

Sosial

07 İyun 2019 08:58 1632


Bakıda iki polis rəisi dəyişdirilib.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib. Toyuqlu pizza

Qeyd edək ki, R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.

B.İslamov isə Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa Bayramovun oğludur.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!