Ramil Usubovdan yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubovdan yeni təyinat

Sosial

27 May 2019 10:11 1198


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı  Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbəri Xətai rayon Polis İdarəsindən təsdiqləyiblər. pizza mizza

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!