Ramin Dekonun həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ramin Dekonun həbs müddəti uzadıldı

İdman

14 Mart 2025 12:28 231


Məhkəmə “Meydan TV işi” üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub. 

Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur. pizza sifarişi

Xatırladaq ki, “Meydan tv” işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra Xətai rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!