Ramiz Mehdiyev villasında iclas zalı yaradıb:   50-60 nəfərlik...

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev villasında iclas zalı yaradıb: 50-60 nəfərlik...

Siyasət

28 Oktyabr 2025 12:17 5431


Barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub.

“Yeni Sabah” xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev yaşadığı villada otaqların birini iclas salonu edib.

Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev, 50-60 nəfərin oturması  üçün oturacaqlar da qoydurub. Marqarita pizza

Bundan başqa Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub.

Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış.

Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkrli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin  iclas salonu da iştirakçısız qalıb. 

Xatırladaq ki, Səbail Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində  4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!