Ramiz Mehdiyevə üsyan edən direktorun ərizəsi qəbul edilmədi

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevə üsyan edən direktorun ərizəsi qəbul edilmədi

Maraqlı

21 Yanvar 2022 14:16 1190


Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə görə istefa verəcəyini demişdi.

Yenisabah.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov səhər saatlarında AMEA-nın Rəyasət Heyətinə gəlib və istefa verməsi ilə bağlı rəsmi ərizə ilə müraciət edib.

İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu dəqiqələrdə K.Şükürovun ərizəsinə baxılıb və onun istefası qəbul olunmayıb: "Onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb. Gün ərzində bir neçə dəfə Kərim Şükürova zəng etmişəm, amma onun telefonu bağlıdır. Kərim Şükürovla görüşüb, bu məsələni danışmaq istəyirəm".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!