“Ramoş”un dostu “Saşa” da saxlanıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Ramoş”un dostu “Saşa” da saxlanıldı - Yenilənib

Kriminal

08 Yanvar 2020 08:56 1790


Gəncədə odlu silahla saxlanılan "Ramoş" ləqəbli şəxslə əlaqəsi olan daha bir kriminal avtoritet saxlanılıb. 

"Yeni Sabah"ın "Report"a istinadən məlumatına görə, silahla saxlanılan Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Üzərinə keçirələn baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. pizza mizza

***

Gəncə şəhərində kriminal aləmin üzvü olan silahlı şəxs saxlanılıb.

"Yeni Sabah" bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Səmədov kriminal aləmdə “Ramoş” ləqəbi ilə tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!