“Rapid“in baş məşqçisi: “Neftçi“ səfər oyunlarında problem yaşayır“

saytların hazırlanması

Evə çatdırılma

“Rapid“in baş məşqçisi: “Neftçi“ səfər oyunlarında problem yaşayır“

İdman

10 Avqust 2022 14:14 988


"İstinad nöqtəsi əslində dəyişməyib. "Neftçi" bir neçə saat təyyarədə uçduqdan və bura çatdıqdan sonra iqlim fərqini hiss edəcək. Azarkeşlərimizlə tam fərqli oyun olacaq".

Yenisabah.az xəbər verir ki, bunu Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.

43 yaşlı mütəxəssis pley-offa çıxmaq şanslarının davam etdiyini bildirib: "Bundan necə yararlanacağımız isə özümüzdən asılıdır. "Nəticələr göstərir ki, rəqib səfər oyunlarında problem yaşayır". Sezar pizza

Avstriyalı baş məşqçi görüşün əhəmiyyətini xüsusi vurğulayıb: "Hər şey göz qabağındadır. Günümüzün korlanmasına icazə verə bilmərik. Penaltilər seriyasını istəmiriksə, oyunu iki top fərqi ilə qazanmalıyıq. Bizə də məhz bu lazımdır. Amma oyunun startında riskə girməyəcəyik".

Xatırladaq ki, avqustun 11-də Vyanadakı "Alyants" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!