“Rasim Balayev kimi sənətkarı niyə gülünc vəziyyətə saldıq?” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Rasim Balayev kimi sənətkarı niyə gülünc vəziyyətə saldıq?” - Deputat

Maraqlı

04 Sentyabr 2023 13:52 727


“Azərbaycan demokratik bir ölkədir, ona görə də “Space” televiziyasında ixtisaslı, bacarıqlı və peşəkar kadrlara üstünlük verilməlidir. Əgər həmin insanların peşə təhsili varsa, “Space”də özlərini yaxşı tərəfdən göstərəcəklərsə, bu, heç də kommunist rejiminin ənənəsi deyil, əksinə, düzgün bir yoldur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

O, “Space” televiziyasının rəhbəri Vado Korovinin qızı və kürəkənini kanalda işlə təmin etməsinin sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olmasından söz açıb.  pizza

T. Rzayev əlavə edib:

“Bir də görürsən ki, millət vəkilin uzaqdan-uzağa bir qohumu balaca bir xəta edir, götürüb millət vəkilinin adına yazırlar. Yaxud nazirin uzaq qohumu nə isə edəndə bunu dövlətin əleyhinə bir təbliğat kimi qələmə verirlər. Əgər Vado Korovinin yaxınlarının televiziyada işləmək qabiliyyəti varsa, bu, niyə də pis olsun? Əksinə, televiziyanın fəaliyyəti genişlənir, yeni tamaşaçılar cəlb olunur, burada bir yenilik yaranır. Mən bunlara pis baxmıram”. 

“Məgər xarici ölkələrdə belə şeylər yoxdur? Xarici ölkələrdə dövlət başçısı seçilən şəxslər dostunu, yaxınlarını, komandasını hakimiyyətə gətirir ki, bir yerdə işləsinlər. Əgər Vodo müəllim onlara etibar edirsə, burada pis bir şey və əməl görmürəm. Yox, bu şəxslər ixtisasa uyğun deyilsə, bacarmırsa, jurnalist kimi fəaliyyət göstərə bilmirsə və onu vəzifəyə gətiribsə, əlbəttə ki, artıq buna pis baxıram və qəbul etmirəm”, - əlavə edib. 

Millət vəkili tənqidlərdən də söz açıb: 

“O ki qaldı tənqidlərə, ictimaiyyətimiz elədir ki, yaxşı söz deyəndə də, pis söz söyləyəndə də tənqid edirlər. Bəzən mətnə agah olmadan, onun fərqinə varmayıb onu oxumadan elə fikirlər söyləyirlər ki, adam məəttəl qalır. Yazıya verilən başlığın ucundan tutub başlayırlar təhqirlərə, tənqidlərə. Amma soruşsan, yazını oxumurlar. Doğrudur, cəmiyyətin öz fikri var və ona qarşı çıxmaq olmaz. Lakin istəyərdim ki, insanlarımız dərindən düşünüb yanaşmanı düzgün etsinlər, faktları araşdırsınlar, sonra fikir söyləsinlər. Yoxsa bir adam bir dənə fikir söyləyir, onun fikrinə əsaslanırlar, həmin adamın şəxsiyyəti və fəaliyyəti ilə tanış olmadan geniş müzakirələr açırlar”. 

O, Rasim Balayev haqqında səslənən və geniş müzakirələrə səbəb olan məsələni də xatırladıb: 

“Bu yaxınlarda Rasim Balayev haqqında açılan müzakirəni gördük. Düzü, mən buna acıdım. Rasim müəllim çox böyük bir sənətkardır, şəxsiyyətli bir insandır. İndi o ölkə rəhbərinə deyib ki, “siz dövrün qəhrəmanı, zamanın Babəkisiniz”. Həqiqətən də bu, belədir. Çünki Prezident Qarabağı azad edib qətiyyətli siyasət yürütdü. İndi Rasim Balayev kimi böyük bir sənətkarı niyə belə bir gülünc vəziyyətə saldıq? Niyə ona stress yaşatdıq? Axı hər bir xalq özünün rəhbərini, sərkərdəsini sevir, ona qiymət verir. Amma söz deyəndə ironiya ilə başlayıb bunu yaltaqlıq, yarınmaq kimi qiymətləndirirlər. 

Səslənənlər ictimaiyyətin öz fikridir. Lakin qabiliyyətli və yaxşı kadrlar qohum və dost da olsa, irəli çəkilməlidir. Çünki onlara qohumluğa görə yox, fəaliyyətinə görə qiymət verilməlidir”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!