Rayonlara qar yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara qar yağır - FAKTİKİ HAVA

Sosial

20 Dekabr 2022 18:00 1136


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. 

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, dekabrın 20-si saat 17:30-a olan məlumata əsasən Şuşa, Daşkəsən, Gədəbəy, Qax, Altıağac, Quba, Qusar, Qusar, Xaltan, Qrızda qar; Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Naftalan, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, Kürdəmir, İmişli, Cəfərxan, Yardımlı, Lerik, Lənkəran, Astarada yağıntılı olub.

Şimal-qərb küləyi arabir Bakıda 32 m/s, Abşeron Dəniz rayonunda 23-30 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb. Marqarita pizza

Küləkli hava şəraiti 21-i gecə saatlarından mülayimləşəcək, səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə aşağı enib, hazırda Bakıda 4°-dək isti qeydə alınıb.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!