Rayonlara yenə leysan yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara yenə leysan yağacaq

Sosial

28 May 2019 13:52 1168


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən  kəsiləcəyi, axşam əsasən yağmursuz keçəcəyi  gözlənilir. Cənub-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu  gecə 16-19° isti, gündüz  23-27° isti,Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək  764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz 55-60 %  olacaq.     Marqarita pizza

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə  8-13° isti,  gündüz 15-20°  isti təşkil edəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!