“Real Madrid” azarkeşləri Perezi tənqid edib

saytların hazırlanması

Evə çatdırılma

“Real Madrid” azarkeşləri Perezi tənqid edib

İdman

14 Yanvar 2025 11:44 267


Ötən gün İspaniya Superkubokunun finalı çərçivəsində evində “Barselona”ya uduzan “Real Madrid”in azarkeşləri rəhbərliyi istefaya çağırır. “Kral klubu”nun bu mövsüm qeyri-stabil oyun göstərməsi madridliləri olduqca qəzəbləndirir.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Santiaqo Bernabeuda əzəli rəqibinə 5 qolla məğlub olan komandanın əsas tənqid yeri isə müdafiə xəttidir. Azarkeşlər Rüdiqer, Tuxamendi və Kamavinqanın kluba can yandırmadığını iddia edərək, Florentino Perezin “3 ədəd peyin torbası” aldığını bildiriblər.

Qeyd edək ki, hazırda La Liqada “Barselona” və “Atletiko Madrid”lə çempionluq uğrunda mübarizə aparan “Real Madrid” 19 oyundan topladığı 43 xalla 2-ci sıradadır. Klub, əzəli rəqibi “Atletiko”dan 1 xal geri qalır. pizza mizza

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!