UEFA Çempionlar Liqasında pley-off turunun ilk qarşılaşmasında “Mançester Siti” “Real Madrid”i qonaq qəbul edib.
Yenisabah.az xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi görüşündə olduqca prinsipial oyun qeydə alınıb.
Hesabı 19-cu dəqiqədə “şəhərlilərin” heyətində Erlinq Halland vurub. 60-cı dəqiqədə Mbabbe ilə hesabı bərabərləşdirən qonaqlar 80-ci dəqiqədə Hallandın dublu ilə bir daha geriyə düşüb. Sonrakı dəqiqələrdə mükəmməl oyun nümayiş etdirən “kral klubu” Brahim Diaz (86) və Cud Bellinqemin (90+2) qolları ilə qələbəni təmin edib. pizza sifarişi
Səfərdə əzmkar geridönüş sayəsində möhtəşəm qələbə qazanan “Real Madrid” evindəki cavab oyunu öncəsi vacib üstünlük əldə edib.
Telegram kanalımız