Regional Təhsil İdarəsi məktəblilər arasında dava ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Regional Təhsil İdarəsi məktəblilər arasında dava ilə bağlı məlumat yaydı

Hadisə

22 Aprel 2025 18:38 376


Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli  tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. 

Bu barədə "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. pizza sifarişi

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!