“Rəhbərlik AFFA-nın istədiyi məbləği vermirsə...” –   MOİK-in futbolçusu

saytların hazırlanması

Evə çatdırılma

“Rəhbərlik AFFA-nın istədiyi məbləği vermirsə...” – MOİK-in futbolçusu

İdman

24 May 2019 14:44 1237


MOİK-in futbolçusu İbrahim Qədirzadənin “Yeni Sabah”a müsahibəsi:

- MOİK çempion olsa  da, Premyer Liqaya buraxılmadı. Təəssüratlarınızı bilmək istərdik bu barədə.

- İstərdik ki, Premyer Liqada da çıxış edək, gücümüzü görək. Amma bu bizdən asılı olan məsələlər deyil. Bununla klub rəsmiləri məşğul olmalıdır. Federasiyayla olan problemlərdir. Futbolçularla bağlı bir iş deyil. Bizim öhdəmizə düşən çempion olmaq idi. Amma hələ də 1% də olsa, şans var. Çempion olmuşuq. Reqlamentlərə görə, biz bu il əsas liqaya çıxmalı idik, amma bəzi səbəblər var ki, alınmadı. Dördpendirli pizza

- Səbəblər dedikdə maliyyəni nəzərdə tutursunuz?

 -Rəhbərliklə federasiya arasında olan məsələlərdir. Əgər, rəhbərlik AFFA-nın istədiyi məbləği vermirsə, demək, maliyyəsi yoxdur. Görünən budur. Əsas liqaya çempion olan komanda çıxmalıdır. Saytda oxumuşdum ki, 8 komandaya lisenziya verilib. Bizə verilmirsə, deməli, rəhbərliklə danışılıb, razılıq əldə olunmayıb. Yəqin, maliyyə problemlərinə görə. 

- Premyer Liqaya buraxılmayacağınızı gözləyirdinimzi?

- Sözün düzü, divizioda çempionat davam edəndə liqaya çıxmayacağımızı bilirdik. Çünki bizdən əvvəl divizon klubları dəfələrlə çempion olublar, əsas liqaya buraxılmayıblar. Çempion olsaq da, düşünürdük ki, əsas liqaya çıxmaq çətin olacaq. Amms kuboku, qızıl medalı götürmək istəyirdik. Bunu da bacardıq. Üzərimizə düşən vəzifəni rəsmiləşdirdik.

- Əvvəllər də əsas liqada çıxış etmisiniz. Yenə Premyer Liqa klublarından təklif varmı?

- Premyer Liqada oynamışam. Amma bu uzun müddət çəkməyib. “Xəzər-Lənkəran”da bir il ehtiyyatda olmuşam, bir il əsas heyətə düşə bilmişəm. Hazırda Premyer Liqa klublarından təklif yoxdur. Amma gələcəkdə ola bilər.

- Bəs xarici klublardan?

- Xarici klublardan təklif alamışam. Amma Premyer Liqa klublarından təklif alsam, oynasam, xarici klublardan da təklif gələcəyini düşünürəm. 

- Aşağı diviziondan əsas  liqaya futbolçu dəvət  olunmur, amma yuxarı liqadan  aşağı liqaya futbolçular gəlir. Bunun səbəbi nədir?

- Divizion oyununa Premyer Liqa klublarının menecerləri gəlib baxmırlar. Ona görə də özünü yaxşı tərəfdən göstərən futbolçuları görən, baxan yoxdur. Amma yuxarıdan aşağı divizona gələnlər çoxdur. Çünki klubların sayı azdır. 8 komandalı çempionatda bundan daha yaxşı nə ola bilər ki?! Klubların hərəsinin öz yetirməsi olan yerdə diviziondan heç kim yuxarı qalxa bilmir. Amma Premyer Liqadan düşənlər klubsuz qalırlar. Klub sayı da az olduğundan məcbur gəlib divizon klublarında oyanırlar. Divizona  maraq demək olar ki, yoxdur.

- Divizionda oynamaq asandır, ya Premyer Liqada?

- Premyer Liqada da, divizionda da oynamışam. İkisini də müqayisə etsəm, Premyer Liqada oynamaq daha asandır. 

- Azarkeş marağından danışaq...

- Düşünürəm ki, hazırda nə Premyer Liqada, nə də divizionda azarkeş baxımından maraq yoxdur. Azarkeş “Xəzər-Lənkəran”la getdi. Gələnlər də ya futbolçuların qohumlarıdır, ya da fan klublar. “Xəzər-Lənkəran” gedəndən sonra  stadionlar tam dolmur. Mən hələ futbolçu yox, ora azarkeşlik etdiyim dönəmdən danışıram. O vaxt ki rəqabət “Xəzər-Lənkəran” “Qarabağ”, “Xəzər-Lənkəran” – “Qəbələ”, “Xəzər-Lənkəran” – “Neftçi” yoxdur.

- Çempionatda mövsümün əvvəlindən “Qarabağ” – “Neftçi” mübarizəsində hansı komandanı çempion görürdünüz?

 - “Qarabağ” neçə ildir, çempionluğu stabil heyətlə rəsmiləşdirir. “Neftçi” “Qarabağ”dan qabaq olanda düşünürdüm ki, “Qarabağ” çempion olacaq. “Neftçi” də ola bilərdi. “Səbail” və “Sumqayıt”la oyunda xal itirməsəydi. 

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!