Şri-Lankada əkizlər dünya rekoru qırmağa cəhd ediblər.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, “Şri-Lanka əkizləri” adlı festivalın təşkilatçıları Tayvanın 1999-cu ildə əldə etdiyi dünya rekordunu yeniləməyə çalışıblar.
Onlar ölkədəki bütün əkizləri festivala dəvət ediblər. Lakin Kolombo şəhərindəki əhalinin sıxlığı səbəbilə bu cəhd uğursuz olub. Çünki əkizlər qeydiyyata düşməkdə çətinlik çəkiblər və nəticədə onların hamısını saymaq mümkün olmayıb. pizza
İkisi də general olan əkiz qardaşlar - Jayantha və Puraka Seneviratne festivalın ən diqqət çəkən simaları olublar.
Rəsmi statistikaya görə, hazırda Şri-Lankada 14 min əkiz yaşayır.
Xatırladaq ki, Tayvan 3961 əkizi, 37 üçəmi, 4 dördəmi eyni məkana toplayaraq "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu.
Sabrina Eldarqızı
Telegram kanalımız