Rektor canlı yayımda sualları cavablandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Rektor canlı yayımda sualları cavablandıracaq

Sosial

03 İyun 2019 14:46 1095


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Facebook sosial şəbəkəsində canlı yayımla qoşulacaq.

Universitetdən “Yeni Sabah”a verilən məlumata görə, Fed.az saytının dəstəyi ilə təşkil olunan canlı yayımda rektor Ədalət Muradov abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları, xüsusi təqaüdlər, təhsil haqları və digər mövzularda suallarını cavablandıracaq.

Canlı yayım iyunun 11-də saat 11:00-da Fed.az (https://www.facebook.com/fedaznews/) sosial şəbəkəsi üzərindən təşkil olunacaq. pizza sifarişi

UNEC barədə sualları unec.edu.az@yahoo.com elektron ünvanına göndərə bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!