“Rəqəmsal vicdan” Türkiyədə 2025-ci ilin sözü seçildi

saytların hazırlanması

Evə çatdırılma

“Rəqəmsal vicdan” Türkiyədə 2025-ci ilin sözü seçildi

Dünya

29 Dekabr 2025 11:53 342


Türk Dil Qurumunun (TDK) ictimaiyyətin iştirakı ilə keçirilən səsvermə nəticəsində 2025-ci ilin sözü “rəqəmsal vicdan” olub.

“Yeni Sabah" xəbər verir ki, təxminən 300 min respondentin qatıldığı səsvermədə seçilən anlayış rəqəmsal dövrdə vicdan və məsuliyyət hissinin bəzən real əməl əvəzinə, sadəcə bir “klik” səviyyəsinə enməsini gündəmə gətirib.

Səsverməyə “rəqəmsal vicdan”, “vicdani korluq”, “çorak”, “fəaliyyətsiz mərhəmət” və “tək ­tipləşmə” anlayışları təqdim olunmuşdu. Dördpendirli pizza

TDK və Ankara Universitetinin birgə keçirdiyi “ilin sözü” səsverməsi cəmiyyətin gündəmini əks etdirən anlayışları önə çıxarmaq, türk dilinin dəyərini vurğulamaq və ictimai dil şüurunu gücləndirmək məqsədi daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!