Qaradağ rayon məhkəməsində qətldə təqsirləndirilən meyxana ustası Rəşad Əmirovun (Dağlı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Yenisabah.az xəbər verir ki, prosesdə təqdimat təmin edilib və Rəşad Dağlı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, tanınmış meyxana ustası Rəşad Dağlı noyabrın 9-u saat 05 radələrində Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib. Toyuqlu pizza
Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir./Oxu.az
Telegram kanalımız