“Rəşad Dağlı məmur arxalı narkomafiyanı sancıb” – Sensasion açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Rəşad Dağlı məmur arxalı narkomafiyanı sancıb” – Sensasion açıqlama

Kriminal

11 Noyabr 2022 08:59 6416


“Rəşad Dağlının problemi onda olub ki, məmur arxalı narkomafiyanı sancıb, hər şey də buradan başlanıb və davam da edir”. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə kriminalist, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay çıxış edib.

O, hesab edir ki, bəzi orqanların da ona qarşı sərt davranması, bəzi ictimailərin və həm də sosial şəbəkələrdə ona qarşı çıxışların da arxasında yəqin ki, həmin narkoşəbəkə dayanır: Pepperoni pizza

“Rəşad Dağlının məlum məsələsindən sonrakı müşahidələr bu təəssüflü qənaəti verir ki, Azərbaycanda güclü, qazanclı dövriyyəsi olan, sistemli, imkanlı NARKOMAFİYA mövcuddur və hətta, hansısa yüksək çinli məmur təbəqəsinin patronajlığında. 

Dövlətçiliyə və xalqa da hədsiz zərərli xassəli bu məsələyə diqqət yetirilməlidir. Bu barədə araşdırmaya başlayacam”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!