Rəşad Dağlı və Pərviz Bülbülə də cərimələndi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlı və Pərviz Bülbülə də cərimələndi - Foto

Hadisə

30 Avqust 2020 20:11 4743


Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanan görüntülərdə daha iki nəfər - Pərviz Məmmədov (Pərviz Bülbülə) və Rəşad Əmirov (Rəşad Dağlı) müəyyən ediliblər. Rayon Polis İdarəsinə dəvət olunan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!