Rəşad Dağlının həbsxanada meyxana dediyi videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlının həbsxanada meyxana dediyi videosu yayıldı

Şou

20 Dekabr 2022 21:27 91761


Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl cəzaçəkmə müəssisəsində bayram tədbirində iştirak etməsi barədə görüntülər yayılıb.

Yenisabah.az baku.ws-ə istinadən xəbər verir ki, Rəşad Dağlı həmkarı Ağamirzə ilə birgə həbsxanada məhkumlar qarşısında meyxana deyərək onların könlünü xoş edib.

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. pizza sifarişi

R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

/Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • cavid
    bu kohnə lentdi. noviqodda deylib. bunun orijinali məndə var. bu rəsdin həbsindən bir necə il əvəl olub
    3 years ago