Hazırda Qarabağdan olan təxminən 2500 məcburi köçkün Ermənistanı tərk edib.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Hər gün Qarabağdan nə qədər insanın Ermənistanı tərk etdiyi barədə rəqəmlər alıram. Hazırda 2500-ə yaxın insan ölkəni tərk edib. Ümid edirəm ki, bunlar şok vəziyyətdən çıxmaq üçün qohumlarına, xaricdə yaşayan dostlarna baş çəkmək istəyən insanlardır və onlar bir müddət qayıdacaqlar”, - deyə Paşinyan vurğulayıb. Marqarita pizza
O qeyd edib ki, hökumətin siyasəti Dağlıq Qarabağdan olan məcburi köçkünlərin Ermənistanda qalmasını, yaşamasını və işləməsini təmin etməyə yönəlib.
Telegram kanalımız