Rəsmi Bakıdan UNESKO-nun bu qərarına REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına REAKSİYA

Siyasət

03 Noyabr 2025 21:54 355


Azərbaycan Xarici İşlər Nazirliyi UNESKO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

“Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESKO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub. Bu tarix, Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir. Marqarita pizza

Azərbaycan bu mühüm qərarı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar addım kimi alqışlayır”, – məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!