Rəsmi İrəvan təsdiqlədi: Azərbaycandan neft məhsulları göndəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi İrəvan təsdiqlədi: Azərbaycandan neft məhsulları göndəriləcək

Dünya

08 Yanvar 2026 12:11 300


Ermənistan İqtisadiyyat Nazirliyi bu gün Azərbaycandan neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Lilit Şaboyan bildirib.

O, təfərrüatı açıqlayıb. Dominos pizza

Yanvarın 8-də Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!