Reyestr kimin jurnalist olmasını müəyyən etmir - Əhməd İsmayılov

Reyestr kimin jurnalist olmasını müəyyən etmir - Əhməd İsmayılov

Sosial

06 Fevral 2023 12:08 357


"Media Reyestri birmənalı olaraq kimin jurnalist olmasını müəyyən etmir”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib. 

“Jurnalistlər Media Reyestrində olmadan da azad şəkildə informasiyanın hazırlanması, ötürülməsi və digər jurnalistika prinsipinə uyğun olaraq fəaliyyətlərini davam etdirə bilərlər. Hansı jurnalistimiz özünü Media Reyestrində görmək istəyirsə, özünü Media Reyestrində bəyan edir. Media Reyetstrində bəyan etdikdən sonra dövlətin tətbiq edəcəyi imtiyazlar barədə məlumatlandırılır və həmin imtiyazlar tətbiq olunmağa başlayır",- deyə MEDİA rəhbəri bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!