Rezidenturanın II mərhələsinə qeydiyyat başlayır

saytların hazırlanması

Evə çatdırılma

Rezidenturanın II mərhələsinə qeydiyyat başlayır

Sosial

03 İyun 2019 08:50 988


Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

Dövlət İmtahan Mərkəzindən “Yeni Sabah”a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdankeçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. pizza

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!