Rihanna Trampı “ruhi xəstə” adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rihanna Trampı “ruhi xəstə” adlandırdı

Şou

11 Oktyabr 2019 14:44 1398


Dünyaca məşhur ulduz Rihanna ABŞ prezidenti Donald Trampı “ruhi xəstə” adlandırıb. 

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı müğənni “Vogue” jurnalına müsahibəsində Texasda baş vermiş silahlı hücumdan danışıb. Rihanna insanların irqçiliyə məruz qaldığını və bunun günahının prezidentdə olduğunu deyib:

“İnsanlar qanuni şəkildə satın alınan silahlarla öldürülür. Bu, normal bir şey deyil. Normal qəbul edilməməlidir. İnsanlar dərilərinin rənginə görə ayrıseçkiliyə məruz qalırlar. Bu, insanların üzünə vurulan şillədir. İrqçilikdir!  Mənə elə gəlir ki, hazırda bir ruhi xəstə varsa,  o da prezidentdir”. Sezar pizza

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!