“Rockstar” ümidləri doğrultmadı.
Amerikanın ən məşhur video oyun istehsalçısı olan “Rockstar” şirkəti, ümidləri doğrultmayıb.
Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, şirkətin cari ilin 11 noyabrında təqdim edəcəyi “GTA Trilogy Definitive Edition” seriyası, oyunçular tərəfindən birmənalı qarşılanmayıb. Onlar qrafikaların bərbad olmasından şikayətləniblər. pizza
Qeyd edək ki, həmin oyun paketinin içində “Rockstar”-ın ən məşhur oyunu olan “GTA” seriyasının əfsanəvi üç oyunu - “GTA San Andreas”, “GTA Vice City” və “GTA 3” yer alıb.
Oyunçular həmin oyunların remastered (yenilənmiş versiya) versiyalarını biabırçı adlandıraraq, xarici bloqlarda şirkətin ünvanına çoxlu tənqidlər yağdırıblar.
“Unreal Engine” oyun motoru ilə hazırlanan yenilənmiş versiyanın internetə sızdırılan şəkillərindən sonra “Rockstar” tərəfindən hələ ki, bir açıqlama yoxdur.
Rafi Müslümov
Telegram kanalımız