Ronaldo 275 milyon avrodan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo 275 milyon avrodan imtina etdi

İdman

15 İyul 2022 12:56 855


"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yüksək maaş vəd edilməsinə baxmayaraq, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna transfer olunmaq istəməyib.  

Yenisabah.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Sözügedən klub Ronaldoya 2 illik çıxış üçün ümumilikdə 275 milyon avro maaş verəcəyini bildirib. Lakin Ronaldo bu təklifi rədd edib.

Səudiyyə Ərəbistanı təmsilçisi transferə görə "Mançester Yunayted"ə isə 30 milyon avro ödəyəcəkdi.  pizza mizza

Qeyd edək ki, Ronaldo qısa müddətdə "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, ötən ilin yayında İngiltərə klubu ilə 2+1 illik müqavilə imzalamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!