“Ronaldo üçün çox darıxıram” -   Messi

saytların hazırlanması

Evə çatdırılma

“Ronaldo üçün çox darıxıram” - Messi

İdman

03 İyun 2019 10:20 1055


"Real" Kriştiano Ronaldo ilə daha güclü idi. Hər mövsüm onlar üçün 50 qol vururdu".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi deyib.

Argentinalı ulduz "Yuventus"da çıxış edən portuqaliyalı həmkarını tərəfləyib: "Bütün La Liqa kimi mən də onun üçün darıxıram. Aramızda heç vaxt savaş olmayıb, amma sağlam rəqabət var. Daha yaxşı olmağım üçün məni motivasiya edir". Marqarita pizza

Messi karyerası ərzində ən yaxşı anlaşdığı mütəxəssisin adını açıqlayıb: "Pep Qvardiola mənim üçün əvəzsiz müəllim idi. Matçda baş verə biləcək hər şeyi öncədən görən inanılmaz mütəxəssisdi".

Futbolçu karyerasını bitirmək istəmədiyini bildirib: "Argentina ilə kubok qazanmadan karyeramı bitirmək istəmirəm. Bunun üçün çalışacam. Hər dəfə yıxılanda savaşaraq ayağa qalxacam". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!